Ali təhsil ocağında yığıncaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2019-cu ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.

Yığıncaqda Universitetin rektoru Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında ali təhsil müəssisələrinə də müvafiq tapşırıqlar verildiyini vurğulayıb.

Saleh Məhərrəmov bildirib ki, bu dövr ərzində universitetin Tibb fakültəsinin yeni tədris korpusu istifadəyə verilib, tibb sahəsində elmi kadr potensialının artırılması istiqamətində müəyyən işlər görülüb. Cari ilin birinci yarımili ərzində universitetdə 2 beynəlxalq, 2 respublika səviyyəli elmi-praktik konfrans keçirilib. Əməkdaşlar  tərəfindən 15 monoqrafiya, 7 dərslik, 29 dərs vəsaiti, 55 metodik vəsait və fənn proqramı, 573 elmi məqalə, 32 tezis nəşr olunub. Bu ilin altı ayı ərzində 3 əməkdaş dosentlik, 1 əməkdaş isə elmlər doktoru diplomu alıb. Vurğulanıb ki, universitetin beynəlxalq əlaqələrinin ilbəil genişlənməsinin sübutudur ki, bu il universitetdə təhsil alan 1 nəfər xarici dissertant da fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb.

Məruzə ətrafında əlavə  çıxışlar dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: