AMEA Naxçıvan bölməsində iclas keçirildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində 2019-cu ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ilin birinci yarısında görülən işlərdən danışıb, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrdən bəhs edib.

Akademik İsmayıl Hacıyev bildirib ki, hesabat dövründə 23 şöbə və 8 laboratoriyada elmi tədqiqat işləri görülüb. Bu işlər 2 akademik, 4 müxbir üzv, 6 elmlər doktoru, 53 fəlsəfə doktoru, 31 disertant olmaqla 96 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib. Naxçıvanın tarixinin tədqiqi, mədəni proseslərin regional məsələləri, təbii sərvətlərin geoloji, kimyəvi, fiziki, coğrafi və iqtisadi tədqiqi,  flora,  fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, Naxçıvan əlyazmalarının toplanması, sistemləşdirilməsi və katoloqlaşdırılması, səma cisimlərinin dinamikası və fizikası mövzularında elmi istiqamətlər üzrə səmərəli iş aparılıb.

Bölmə sədri Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar  İnstitutlarında, həmçinin Əlyazmalar Fondunda, Batabat Astrofizika Rəsədxanasında görülən işlərdən, həyata keçirilən elmi tədqiqat layihələrindən danışıb. Bölmə əməkdaşlarının 6 monoqrafiyası, 3 kitabı, 1 kitabçası və 2 metodik vəsaiti hazırlanıb, həmçinin elmi kadrların hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. AMEA Naxçıvan bölməsi ilə Türkiyənin İğdır Universiteti arasında elmi əlaqələrə dair memorandum imzalanıb. Bölmənin elmi əməkdaşları Qazağıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyə Cümhuriyyətinin İstanbul,  Bitlis-Ərən, Ərzurum, Sakarya, İğdır Universitetləri, İran İslam Respublikasının Tehran Şəhid Beşişdi, Təbriz Dövlət Universitetləri, Təbriz Milli Kitabxanası, Krım Astrofizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk Universitetləri, Rusiya, İran, Türkiyə və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə olub, səmərəli əməkdaşlıq ediblər.

Məruzəçi işdə yol verilən nöqsan və çatışmazlıqlara da toxunub.

Məruzə ətrafında çıxışlar edilib.

                                                  Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: