Naxçıvan şəhərində dezinfeksiya işləri aparılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompeksinin ərazisində dezinfeksiya işləri həyata keçirilib.

Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən içməli su anbarının ətrafında virus infeksiyalarına və zərərverici həşaratlara qarşı qabaqlayıcı profilaktik tədbirlər aparılıb.

Qeyd edək ki, muxtar respublikada epidemieloji sabitliyin qorunub saxlanılması məqsədi ilə həyata keçirilən bu işlər bundan sonrada davam etdiriləcək.

Sadiq Məmmədov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: