Oğullar əsgər gedir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və Babək rayonunda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbirlərdə çıxış edənlər bildiriblər ki, ölkəmizin ərazi bütövlüyünü qorumaq, torpaqlarımızın keşiyini çəkmək hər bir gəncin müqəddəs borcudur. Çıxış edən valideynlər çağırışçılara Vətənin keşiyini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.
Çağırışçılar isə Azərbaycan Silahlı Qüvvələri sıralarında ləyaqətlə xidmət edəcəklərinə söz veriblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Əbülfəz Dünyamalıyev