Şahbuz Rayоn İcra Hakimiyyətində müşavirə oldu

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-cu ilin  birinci  yarımilinin yekunları və  beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələrin müzakirəsi ilə bağlı Şahbuz  Rayоn  İcra Hakimiyyətində müşavirə keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev müşavirədə 2019-cu ilin ötən dövründə də rayonun ayrı-ayrı yaşayış məntəqələrində quruculuq tədbirləri davam etdirildiyini bildirib. Şahbuz şəhərində mədəniyyət sarayı, aviakassa binası istifadəyə verilib.

Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının, Badamlı qəsəbəsində “Badamlı Mineral Sular Zavodu”nun, xidmət mərkəzinin, yolun, Türkeş kəndində 66 yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin, qapalı suvarma sistemlərinin, Ağbulaq kəndində Xizək Mərkəzinin tikintisi, Sələsüz-Türkeş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması   davam  etdirilir. Badamlı kəndində müharibə əlili üçün yaşayış evinin tikintisində isə son tamamlama işləri görülür. Aşağı Qışlaq,  Kükü, Sələsüz, Kolanı və Mahmudoba kəndlərində mərasim evlərinin  tikintisi  başa  çatdırılıb,  Keçili  kəndində isə tikinti işləri  davam edir.

İcra başçısı həmçinin 2019-cu ilin ötən dövründə rayonda aqrar sahənin inkişafından, yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi, rayonda təhslinin səviyyəsi barədə çıxış edib.

Müşavirədə digər sahələrin də müqayisəli təhlili aparılaraq rayonda bütün sahələrdə irəliləyişə nail olunduğu diqqətə çatdırılıb.

Sonda məruzə ətrafında rayon maliyyə şöbəsinin müdir əvəzi  Yusif Behbudlu və Statistika İdarəsinin rəisi  Xaliq Abdullazadə  çıxış ediblər.

                                      

                                                                                   Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: