Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Ağbulaqda - FOTOLAR
Ağbulaq istirahət mərkəzində "Yay məktəbi" davam edir. NUHÇIXAN xəbər verir ki, Mərkəzin bu dəfəki qonaqları Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olub. Yay məktəbində 60-a yaxın tələbə və könüllü gənc iştirak edib.
Yay məktəbi iştirakçıları ilk gün mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar. Asudə vaxtlarını istirahətlə keçirən gənclər həmçinin, voleybol, futbol, müxtəlif stolüstü oyunlar oynayıblar. "Vətəni tanı" intellektual oyununda biliklərini yoxlayıblar.
Gənclər şəhid Tural Haşımlının həyatından bəhs edən filmə baxıblar.
Qeyd edək ki, yay məktəbi iyulun 12-nə qədər davam edəcək.
Nurlan Sadiqov