Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində görülən işlər müzakirə olunub

237

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2019-cu ilin birinci yarısında həyata keçirilən audit tədbirləri 8845,9 min manat məbləğində vəsaiti əhatə edib. Audit tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 25,2 faizi mərkəzi icra hakimiyyəti orqanları və 74,8 faizi elm müəssisəsi tərəfindən icra olunub.

NUHÇIXAN xəbər verir ki, bu faktlar Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən kollegiya iclasında səsləndirilib. İdarənin rəisi Fazil İbrahimov məruzə ilə çıxış edərək bildirib ki, quruma 2019-cu ilin birinci yarısında dövlət təşkilatlarından 8-i elektron olmaqla, 43 məktub daxil olub. İdarə tərəfindən isə 20-si elektron olmaqla, 47 məktub dövlət təşkilatlarına göndərilib.

Diqqətə çatdırılıb ki, 2019-cu ilin birinci yarısında təsdiq edilmiş iş planına uyğun olaraq, muxtar respublika büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində 4 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri, 7 təşkilat üzrə auditin keçirilməsinə hazırlıqla əlaqədar kənar dövlət maliyyə nəzarəti tədbirinin planlaşdırılması, proqramı və işçi planı hazırlanıb və 5 təşkilatda audit yoxlamaları aparılıb.

Audit tədbirləri nəticəsində müəyyən edilib ki, 3 təşkilatda 11 min 720 manat vəsait təyinatı üzrə xərclənməyərək büdcə xərclərinin iqtisadi təsnifatının 4 xərc maddəsi əvəzinə 3 xərc maddəsindən ödənilib. Aşkar edilən nöqsanlar barədə maliyyə orqanlarına məlumat verilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: