Naxçıvan Müəllimlər İnstitutu ilk dəfə olaraq bu tədris ilindən etibarən xarici tələbələrin qəbuluna başlayıb
İnstutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Müəllimlər İnstitutunda 2019-cu ilin I yarımilinin yekunları müzakirə olunub. Professor-müəllim heyətinin geniş iştirakı ilə keçirilən iclasda institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək cari ilin ilk altı ayı ərzində tədris, elmi-metodik, tərbiyə, yenidənhazırlanma və digər sahələrdə həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verib. Həmçinin qeyd edilib ki, Naxçıvan Müəllimlər İnstitutunun tarixində ilk dəfə olaraq bu tədris ilindən etibarən xarici tələbələrin qəbuluna başlanılıb.
Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının genişləndirilən iclasında 2019-cu ilin I yarımilinin yekunlarına həsr olunan məsələ üzrə müzakirələrdə institut əməkdaşlarının çıxışları olub və müvafiq qərar qəbul edilib.