Bəxtiyar Əsgərov "Total-eren" şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın "Total-eren" şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Poblo Boke ilə görüşüb. Görüşdə, muxtar respublikada yaradılmış əlverişli investisiya mühiti, xarici şirkətlərlə əlaqələr, enerji layihələri və digər əməkdaşlıq məsələləri müzakirə edilib.