Muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirlikdə cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov 2019-cu ilin 6 ayı ərzində  müxtəlif məsələlərlə əlaqədar müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri  keçirildiyini, şöbələrin, struktur bölmələrinin illik iş planları təsdiq edildiyini, kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar vəzifələrin müəyyənləşdirildiyini bildirib. Qeyd edilib ki, kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib. Qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada  kənd  təsərrüfatının  dinamik  inkişafına səbəb olub.

Digər məsələlərdən də danışan Bəhruz Bayramov bildirib ki, Dövlət Proqramlarına uyğun olaraq, kartof əkininin mütəşəkkil həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və torpaq sahibkarları tərəfindən muxtar respublikaya keyfiyyətli toxumluq kartof gətirilərək əkinlər həyata keçirilib.

Muxtar respublikada damazlıq və süni mayalanma işlərinin yenidən qurulub, onun bazasının möhkəmləndirilib, mal-qaranın cins tərkibi yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlərin nəticəsində ötən dövr ərzində süni yolla mayalandırma yolu ilə 5095 baş cins bala alınıb.

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133 milyon 451 min manat olub.

Sonda məruzə ətrafında çıxışlar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: