“Naxçıvan” Universitetində ilin birinci yarısında görülən işlər müzakirə edilib

A- A A+

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetdə ilin birinci yarısında  yerinə yetirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Elmi Şuranın iclası keçirilib.

Tədbirdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və ilin I yarısında görülmüş işlərlə bağlı çıxış edib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor ali təhsil ocağının hal-hazırda ERASMUS+ layihəsi çərçivəsində ERASMUS+AESOP  layihəsinin  üzvü olduğunu və bu layihələr çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Universitetdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamdan doğan vəzifələrin diqqətdə saxlandığı qeyd edilib.

Daha sonra məruzə ətrafında  çıxışlar dinlənilib.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: