Muxtar respublikada əmək pensiyaları vaxtlı-vaxtında ödənilir

362

2019-cu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 582 nəfərə yaşa, 91 nəfərə əlilliyə, 217 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 890 nəfərə əmək pensiyası təyin edilib.

NUHÇIXAN xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda fondun sədri Əli Quliyev çıxış edərək bildirib ki, muxtar respublika ərazisində əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində 2019-cu ilin 6 ayı ərzində bir sıra işlər görülüb. Pensiyaların vaxtlı-vaxtında ödənilməsi təmin edilib.

Hesabat dövründə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanılması üzrə fondun xəzinə hesabına 39 milyon 16 min 200 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 26 milyon 950 min manat vəsaitdən 12 milyon 66 min 200 manat çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 27 milyon 65 min 470 manatı büdcə təşkilatlarının, 11 milyon 950 min 730 manatı isə qeyri-büdcə təşkilatlarının hesabına olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 53,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb.

Əli Quliyev deyib: 2019-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 73 milyon 427 min 537 manat icra olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 285 min 991 manat çoxdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə isə ötən ilin eyni dövrünə nisbətən 3 milyon 328 min 800 manat çox, yəni 72 milyon 289 min 149 manat vəsait yönəldilib.

Əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ilin altı ayı ərzində də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib. Görülmüş tədbirlərin davamı olaraq, ilin birinci yarısında muxtar respublika üzrə kənd yerlərində yaşayan daha 120 əmək pensiyaçısının istəkləri nəzərə alınmaqla, onların pensiyaları poçt bölmələri vasitəsilə ödənilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: