Kollegiya iclası keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirliyin və onun yerli vergi orqanları tərəfindən ilin birinci yarımilliyində  görülmüş işlər və beşinci çağırış Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulan vəzifələr haqqında kollegiya iclası keçirilib. Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası  Vergilər naziri Azər Nağıyev nazirlik  üzrə müəyyən olunmuş proqnoza keçən ilin müvafiq dövrüylə müqaisədə daha çox əməl edildiyini  bildirib.

Proqnozların bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edildiyi diqqətə çatdırılıb. Vergi borclarının alınması sahəsində nəzarətin gücləndirilməsi və aparılmış maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində Vergilər Nazirliyi ilin birinci yarımilini də vergi borcu olmadan başa vurub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq hamiliyə götürülmüş ixtisasların tələbələri ilə görüşlər keçirilib, qarşıda duran məsələlər ətraflı müzakirə edilib.

İclasda qeyd edilib ki, nazirliyə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş yazılı müraciətlər cavablandırılıb, vergi ödəyicilərinin və eyni zamanda muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirilib. Vergi ödəyicilərinin maarifləndirilməsi məqsədi ilə onların elektron ünvanına bildiriş və müraciətlər göndərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: