Ötən həftə keçirilən “Naxçıvan Bəşəriyyətin Beşiyi” dördüncü beynəlxalq rəsm festivalında bir-birindən dəyərli əsərlər yaradıldı. Bu əsərlərin məğzini isə daha çox Naxçıvanın tarixi, müasir həyatı, mədəniyyəti, qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı olması təşkil etdi.
Rusiyalı rəssam Yuliya Suxovetskayanın “Açıq səma altında muzey”, Dağıstanlı fırça ustası Patimat Quseynovanın “Haçadağ”, Gürcüstanlı rəssamlar Mamuka Tsetladzenin “IV Beynəlxalq Festival” , Lela Qeleişvilinin “Mömünə xatın türbəsi”, Qazaxıstanlı rəssamlar Olqa Erenin “Nuhun türbəsi”, Vladimir Proçenkonun “Əcəmi seyrangahı-göylər altında muzey”, Türkiyəlı rəssamlar Mehmet Sağın “Haçadağ əfsanəsi”, Nülufər İnaltonqun “Haçadağ”, Sloveniyalılar Polona Loborecin “Dali sayağı Naxçıvan”, Nik Aniksin “Naxçıvan əfsanəsi”, İranlı rəssam Cabbar Nazarinin “Mömünə xatın”, Finlandiyalı Dace Strauşanın “Qarabağ atı”, Başqırdıstandan Diana Arslanovanın “Qədim diyara səyahət”, Ukraynalı rəssam Elena Mixaylova Rodinanın “Çiçəklər içində Naxçıvan”, Azərbaycanı təmsil edən rəssamlar Rəhim Haşımovun “Açıq səma altında muzey”, Bəhruz Kəngərlinin “Əfsanə”, Naxçıvandan olan rəssamlar Əli Səfərovun “Etüd”, Sabir Məmmədovun “Babək qalası” və digər rəssamların bir-birindən maraqlı əsərləri yeni sənət nümunələri olmaqla bərabər Naxçıvanın təbiəti və tarixinin dünyada tanıdılması baxımdan əhəmiyyətlidir.
NUHÇIXAN ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən festivalda çəkilən rəsm əsərlərini təqdim edir :