İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha bir vətəndaşın əməliyyat xərclərini ödəyib

A- A A+

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Muxtar respublikada İcbari Tibbi Sığortadan yararlanan daha bir nəfərin üzərində pulsuz cərrahi əməliyyat aparılıb.

İcbari Tibbi Sığorta olunan Şərur şəhər sakini 53 yaşlı Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində ürəyində ciddi problemlər aşkar edildiyinə görə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Aparılan  müayinələrdən sonra diaqnoz qoyulub və təcili ürək əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardiocərrahı İntiqam Fətullayev həmkarı Firdovsi Hüseynov və kardioanestezioloq Elçin Abdullayevlə birgə açıq ürək əməliyyatını uğurla başa çatdırıb və ürək qan dövranı tam bərpa edilib. Hazırda xəstə özünü yaxşı hiss edir.

Qafil Həsənova göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: