Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz şəhərindəki “Araz” kinoteatrında “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olduğunu qeyd edib. Bu gün Naxçıvanda milli dəyərlərə münasibətin strateji məsələ kimi qarşıya qoyulduğu bildirilib. Muxtar Respublikada xalqımıza məxsus dəyərlərin milli kulturoloji baza üzərində inkişafı gələcəkdə onun dünya mədəni irsinə əvəzsiz töhfə verəcəyinə əminlik yaradır.
Tədbirin sonunda “Azərbaycan motivləri” filmi nümayiş etdirilib.