Şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunan futbol turniri başa çatıb

A- A A+

Ağdam rayonunda 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilən futbol turniri başa çatıb.

NUHÇIXAN xəbər verir ki, yarışda rayonun cəbhəyanı kəndlərini, məcburi köçkün qəsəbələrini, ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda iki qrupda mübarizə aparıb. Qrupdaxili oyunların nəticələrinə görə qalib gələn komandalar yarımfinal və finalda qarşılaşıblar.

Turnirin final oyunu iyulun 12-də - şəhid zabitin doğum günündə keçirilib. Final yarışında rayonun Bənövşələr qəsəbəsinin və Üçoğlan kəndinin komandaları mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bənövşələr qəsəbəsinin komandası qalib gəlib.

Birinci, ikinci və üçüncü yerləri tutan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Ağdam rayonunda şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri dörd ildir keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: