NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Mərkəzi Bazarda kənd təsərrüfatı və yerli istehsal məhsullarının satış yarmarkası davam edir.
Naxçıvan şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkada mövsümə uyğun məhsullar üstünlük təşkil edib. Bu dəfə 25 istehsal müəssisəsindən və 800-ə yaxın torpaq mülkiyyətçisi tərəfindən 83 növdə 292 çeşiddə 39 tona yaxın kənd təsərrüfatı məhsulu satışa çıxarılıb.
Torpaq mülkiyyətçiləri yarmarkaya gətridikləri meyvə-tərəvəz, heyvandarlıq məhsullarını alıcılara elə özləri də təklif ediblər. Burada satışa çıxarılan məhsulların qiymətləri digər bazarlara nisbətən aşadır. Pomidorun kiloqramı 1 manata, xiyarın kiloqramı 30-40 qəpik, şaftalı 1 manat, kartof və soğanın kiloqramını 30-80 qəpik, çiyələk 2-4 manat, badımcan və bibər isə 1 manata satılır. Yarmarkaya təkcə kənd təsərrüfatı deyil, özəl istehsal müəssisələrinin məhsulları da çıxarılıb.
Cavid Səfərli