Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.
NUHÇIXAN Trend-ə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
V.Novruzovun yerinə DGK-nın Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin ediliblər.
Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyinat alıb.