Yaşayış binasında dəmir-beton işləri tamamlanmaq üzrədir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad şəhərinin mərkəzində yeni yaşayış binasında tikinti işləri davam edir. Bina zirzəmi ilə birlikdə 8 mərtəbədən və 28 mənzildən ibarət olacaq. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən hazırda binanın sonuncu mərtəbəsində qəlibləmə, dəmir- beton  işləri, digər mərtəbələrdə isə hörgü və suvaq  işləri aparılır, qapı-pəncərələr üçün yerlər düzəldilir.

Binanın zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Ətrafda isə abadlıq işləri aparılaraq, müasir işıqlandırma və suvarma sistemləri qurulacaq, səkilərə kilid daşları düzülməklə gülkarlıqlar yaradılacaq.

Qeyd edək ki, dövlət vəsaiti ilə tikilən binada mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən onlar münasib qiymətə gənc ailələrə təklif olunacaq.                              

 

                                                                   Anar Rəcəbli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: