Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ən böyük futbol yarışı “Champions trophy-2019” turnirinin final mərhələsinin oyunları keçirilib.

128 ölkənin seçmə heyətinin gərgin mübarizəsi 3 mərhələdə davam edib və futbolçular 3 gün ərzində ən güclünü müəyyənləşdirməyə çalışıblar.  Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə “Araz-Naxçıvan”ın Şərur bölməsinin iki futbolçusu Kənan Hüseynəliyev və Murad Quliyev də iştirak ediblər. 

Qeyd edək ki, futbolçularımız qrup mərhələsində dünyanın bir çox tanınmış klublarına – “Atletiko”, “Yuventus”, “Sanderland”, “Salsburq” və “Münhen”ə qarşı oyunlarda meydana çıxıblar.

                                                                           Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: