Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində iclas keçirildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin birinci yarısında görülən işlər barədə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində iclas keçirilib.

İclasda Agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının icrası xüsusilə diqqətdə saxlanılıb və ardıcıl tədbirlər icra olunub. Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi, “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçik həcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, ölkə daxilində, eləcə də xaricdə keçirilən seminar və konfranslarda böyük ailə təsərrüfatı subyektlərinin iştirakının təmin edilməsi diqqətdə saxlanılıb. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət aparılması üzrə cari ilin ilk altı ayı ərzində məhsullardan 265 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunub, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. 194 ailə təsərrüfatına məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilib. Bostan və tərəvəz məhsullarının keyfiyyət göstəricilərinə nəzarət çərçivəsində isə  mövsüm ərzində məhsullardan 37 halda nümunələr götürülərək yoxlanılmasına başlanılıb.

Vurğulanıb ki, ailə təsərrüfatı məhsullarının muxtar respublika üzrə geniş arealda mövcudluğu və əlçatanlığı nəzərə alınaraq yüksək tələbatı özündə ehtiva edən digər satış bazarlarına çıxış imkanları təşviq olunub, bu istiqamətdə Bakı və Gəncə şəhərlərində “Naxçıvan Məhsulları” əmtəə nişanı ilə fəaliyyət göstərən   4 yeni mağaza yaradılıb. 

Bəxtiyar İsmayılov qeyd edib ki, hesabat dövründə keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğu da  diqqətdə saxlanılıb, ümumilikdə məhsulların 780 halda, o cümlədən qida məhsullarının 722 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub.     

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 161 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 45 təsərrüfat subyektində, o cümlədən 25 istehsal sahəsində, 10 ictimai iaşə və xidmət obyektində, 4 bərbərxana və 6 gözəllik salonunda təmir işləri aparılıb. 9 ictimai iaşə obyektində 10 tüstütəmizləyici qurğu quraşdırılıb. Metroloji norma və qaydalara uyğun olaraq isə  istehlakçılarda olan smartkarttipli 500 ədəd məişət qaz sayğacı, 400 ədəd elektrik sayğacı yoxlanılıb.

Qeyd olunub ki, hesabat dövründə, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 4381 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb, 138 ictimai iaşə və xidmət sahəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb.

Sonra agentliyin müxtəlif şöbələri üzrə görülmüş işlərə dair hesabatlar dinlənilib, qarşıya qoyulmuş vəzifələr diqqətə çatdırılıb.

   

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: