Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib

A- A A+

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan ilə sərhəddə yerləşən “Keşikçidağ” məbəd kompleksi ilə bağlı baş verən insidentlə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib.

NUHÇIXAN xəbər verir ki, müraciətdə yaranmış vəziyyətdən narahatlıq ifadə olunur. Nazirlik ölkə vətəndaşlarını Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb. Müraciətdə deyilir: “Ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır. Nazirlik cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırır”.

Qeyd edək ki, ötən gün “Keşikçidağ” məbəd kompleksində bələdçi çalışan Gürcüstan vətəndaşı azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürərək Gürcüstan sərhədçilərinə verdiklərini iddia edib. Bundan sonra sərhəd zonasında insident yaransa da, sonradan problemin həll olunduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: