Naxçıvanda arıçılıq inkişaf edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa rayonun Camaldın kəndində olublar. Əməkdaşlar burda arıçılıqla məşğul olan Kamil Məmmədovla görüşüblər.
Görüş zamanı nazirliyinin mütəxəssisləri arı ailələrinin vəziyyəti ilə maraqlanıblar. Sahibkara arıçılığın inkişafı, təsərrüfatda qarşıya çıxan problemlərin həlli ilə bağlı məsləhətlər və maarifləndirici buklet veriblər.
Qeyd edilib ki, bir neçə ildir muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının keçirilməsi bu sahəyə marağı artırıb. İstehsal olunan məhsulların satışına da müsbət təsir göstərib. Naxçıvanda “2017-2022-ci illərdə arıçılığın inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Bu isə iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan faydalı olan arıçılığın inkişafı üçün geniş imkanlar açıb.
Cavid Səfərli