Gənc polis əməkdaşları and içdilər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu keçən gənc polis əməkdaşlarının andiçmə mərasimi olub. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. 

Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və Nazirliyin Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Səadət ­İsgəndərli çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazırda məktəb kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Çıxışlardan sonra məzunlar Azərbaycan Respublikasına və onun  xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər. 

Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponat­lara baxış olub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: