“Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin birinci mərhələsi başa çatıb - FOTOLAR

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsinin rayonlarda həyata keçirilməsi uğurla başa çatıb.  

Layihənin məqsədi rayonlarda yaşayan, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən ibarətdir.

Komissiyanın əməkdaşları və könüllülər 2019-cu ilin 5 iyul tarixində Şərur rayonunda, 12 iyul tarixində Ordubad rayonunda, 17 iyul tarixində isə Culfa rayonunda vətəndaşlara səyyari xidmət göstəriblər. Layihə müddətində hər üç rayonda yaşayan və muxtar respublikanın dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 72 vətəndaşa operativ köməklik göstərilib və xidmət vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

Xidmət tətbiq olunmazdan əvvəl Komissiyanın və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə könüllülər cəlb olunub və onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilib.

Layihənin həyata keçirilməsi zamanı Komissiya əməkdaşının müşayiəti ilə həmin könüllülər vətəndaşlara xidmət göstəriblər.

Növbəti müsabiqə elanları zamanı da vətəndaşlara rayonlarda səyyari xidmətin göstərilməsi davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: