YAP Kəngərli Rayon Təşkilatının yaradılmasının 15 illiyi qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Qıvraq qəsəbəsindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva 2019-cu ilin birinci yarımilində görülən işlərdən və qarşıda duran vəzifələrdən, eyni zamanda partiyanın yaradılmasından danışıb.                  

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı 17 iyul 2004-cü ildə təsis edilib. Bu gün təşkilatın yaradılmasının 15 ili tamam olur. Təşkilat qısa vaxt ərzində böyük inkişaf yolu keçib. Hazırda Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının 30 ərazi ilk partiya təşkilatında birləşən 3 min 184 üzvü var. Onlardan 1305-i qadın, 1094-ü isə  gənclərdir. 

Diqqətə çatdırılıb ki, 2019-cu ilin birinci yarısında təşkilatın 2 şura, 5 idarə yığıncağı keçirilib.

Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov  və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxış ediblər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri, partiya veteranlarına isə hədiyyələr  təqdim olunub.

 

                                                                        Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: