Naxçıvanda aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

A- A A+

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilib və həmin ailələrin məşğulluqlarını təmin etmək üçün müvafiq tədbirlər görülüb.

NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Qeyd edək ki, aztəminatlı ailələrdən 14-nə yanında balası olan iribuynuzlu, 3-nə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, birinə 10 yeşik arı ailəsi, birinə yer şumlayan mini aqreqat, birinə musiqi avadanlıqları, birinə isə dərzi avadanlıqları və materialları verilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: