Prokurorluq əməkdaşları Qaraçuq kənd sakinləri ilə görüşüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər prokuroruğunun əməkdaşları Qaraçuq kəndində, kənd icra nümayəndəsi Əli Novruzovun iştirakı ilə nümayəndəliyin inzibati binasında vətəndaşların qəbulunu həyata keçirib.

Görüşdə şəhər prokurorluğunun böyük müstəntiqi Abdulla Quliyev və prokurorun köməkçisi Aygül Əsədova vətəndaşların müraciətlərilə yaxından tanış olub, onların təkliflərini dinləyiblər. Qəbul zamanı müraciət edən şəxslərə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunub. Həmin məsələlərlə bağlı vətəndaşlara məsləhətlər verilib və qanunvericiliyin tələbləri izah olunub.

Qeyd edək ki, şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər ərazisinin müxtəlif yerlərində növbəti belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcəkdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: