YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

A- A A+

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 939 üzvü birləşdirir.

NUHÇIXAN xəbər verir ki, bu faktlar YAP Babək rayon təşkilatının şura iclasında səsləndirilib.

İclasda YAP Babək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov cari ilin birinci yarısında görülən işlər barədə geniş məruzə edib.

Qeyd olunub ki, bu il Azərbaycan xalqının və dövlətinin həyatında olduqca əlamətdar ildir. Belə ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlişinin 50 illiyi tamam olur. Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövründə təsis olunan YAP Babək rayon təşkilatı ötən 26 il ərzində Partiya Nizamnaməsinin tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərərək mütəşəkkil, böyük bir təşkilata çevrilib.

Cari ilin birinci yarısında təşkilatın gördüyü işlər barədə məlumat verən İsa Məmmədov bildirib ki, hesabat dövrü ərzində idarə heyətinin 6, şura yığıncağının isə 2 iclası keçirilib, müxtəlif tarixi hadisə və günlərlə əlaqədar yığıncaqlar olub. Ötən dövr ərzində partiya sıralarına 55 üzv qəbul edilib ki, onlardan 39-u gənc, 40-ı isə qadındır. Üzvlərin 3349-u dövlət, 3040-ı isə özəl sektorda fəaliyyət göstərir.

İclasda Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov çıxış edərək bu ilin birinci yarısında rayonda həyata keçirilən tikinti-quruculuq tədbirlərindən danışıb. Qeyd olunub ki, hesabat dövrü ərzində rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilib. Bundan başqa, rayonun Gülşənabad və Kültəpə kəndlərində də kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər inşa olunur. Babək qəsəbəsində rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın və Süni Mayalanma Mərkəzinin tikintisi də sürətlə aparılır.

Həyata keçirilən abadlıq-quruculuq işlərini YAP-ın uğurları kimi qiymətləndirən icra başçısı Babək rayonunun davamlı inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Şura yığıncağında çıxış edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov rayon təşkilatının, eləcə də struktur bölmələrinin, yerli təşkilatların bu ilin birinci yarısındakı fəaliyyətlərini təhlil edərək qarşıdakı dövrdə müəyyənləşdirilmiş vəzifələrdən bəhs edib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: