BMT-də keçiriləcək İqlim sammitində Dünya Meteorologiya Təşkilatı iqlimin qlobal vəziyyəti barədə məruzə təqdim edəcək

141

ABŞ-ın Nyu-York və digər şərq sahilboyundakı şəhərləri havanın hərarətinin kəskin şəkildə qalxmasından xəbərdardırlar. Sinoptiklərin məlumatına görə, qarşıdakı istirahət günlərində qeyri-adi istilərin olacağı müəyyən edilib. Gələn həftə Avropanı istiləşmənin növbəti dalğası gözləyir. Dünya Meteorologiya Təşkilatından bildirirlər ki, bununla belə, ötən iyun ayı bütün müşahidə dövrü tarixində ən isti hesab edilib. Bu, mövcud tendensiyaya tam uyğun gəlir.

NUHÇIXAN BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, iyun ayının temperaturu bütün XX əsr ərzində orta göstəricilərdən ən yüksək olub. Avropada rekord dərəcədə istilər iyunda qeydə alınıb. Xüsusən ayın sonunda temperatur normadan 10 dərəcə yuxarı qalxıb. Avropanın xeyli hissəsində, o cümlədən Ukraynada, Rusiyanın cənubunda və Sibirin şimal rayonlarında həddən artıq quru hava müşahidə edilib. Buna səbəb yüksək temperaturun olması və yağışların azlığıdır. Avropanın cənubunda, Balkanlarda və Türkiyədə isə əksinə, rütubətlilik adi səviyyədən yüksək olub.

Qeyri-adi istilər Asiya, Afrika, Cənubi Amerikanın bir sıra regionlarında, Hind okeanının şimal hissəsində, Sakit və Atlantik okeanlarının bəzi hissələrində qeydə alınıb. Arktika buz qatının sahəsi rekord ölçüyədək azalıb, həmçinin buz qatının qalınlığı görünməyən dərəcədə nazikləşib.

Sentyabrda, BMT-nin İqlim sammitində Dünya Meteorologiya Təşkilatı iqlimin qlobal vəziyyəti barədə məruzə təqdim edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: