Beyin yorğunluğu və onun aradan qaldırılması

A- A A+

“Beynim doludur, heç nə düşünə bilmirəm, ağır stress altındayam, yaşadığım hadisələrin təsirindən xilas ola bilmirəm, son zamanlar uğurlarım azalıb, səhv qərarlar verirəm, işlərimə nəzarət edə bilmirəm”, – deyə çoxları bu cür şikayətlənir. Bütün bu hallar beyin yorğunluğunun əlamətləridir.

Beyin yorğunluğu zamanı ən çox rast gəlinən şikayətlər sırasına unutqanlıq, öyrənmə və əzbərləmə pozğunluqları, beyində ağırlıq hissi, diqqətsizlik, səbirsizlik və tez əsəbiləşmə halları da daxildir. Beyin yorğunluğu yaşayan insanlar mütaliə zamanı çətinlik çəkir, digər səhifəyə keçdiyində əvvəlki səhifəyə təkrar baxmaq ehtiyacı duyurlar.

Beyin yorğunluğuna hansı  insanlarda  daha çox rast gəlinir?

Maliyyə işləri ilə məşğul olan, ağır iş tempinə məruz qalan işçilər, köməkçilər, imtahanlara ciddi hazırlaşan tələbələr və buna bənzər bir çox sahələrdə çalışan insanlarda beyin yorğunluğu daha çox yaşanır. Beyin yorğunluğu yaşayan insanlarda beyin məhsuldarlığı azalır. Onlar düşünməkdə çətinlik çəkir, problemlərə praktik həll yolu tapa bilmirlər. Belə hallarda insanın uğurları sürətlə azalmağa başlayır. Bu cür insanların dostları ilə münasibətində, danışıqlarında fərqliliklər yaşanır, həmişə əsəbi, kobud davranışlar nümayiş etdirirlər.

Beyin yorğunluğunun əsas səbəbləri nələrdir?
  – Uzunmüddətli streslərin yaşanması
  – Havasız, dar və kiçik ofislər;
  – Elektrik cihazlarından yayılan elektromaqnit dalğalar;
  – Mobil telefon siqnalları, televiziya və radio dalğaları;
  – Spirtli içki aludəçiliyi, depressiya, yuxusuzluq, narahatlıq;
  – Müəyyən xəstəliklərlə bağlı qəbul edilən dərmanlar;
  – Vitamin çatışmazlığı.
Beyin yorğunluğuna qarşı nə etmək olar?
  – İnsana xroniki stress bəxş edən hallardan uzaq durmaq;  
  – Sağlam olmayan iş mühitindən uzaqlaşmaq;
  – Havasız məkanlarda işləməmək;
  – Gündəlik olaraq idmanla məşğul olmaq;
  – Hansısa musiqi aləti çalmaqla məşğul olmaq;
  – Ağır iş zamanı arada dincəlmək;
  – İmtahanlara hazırlaşarkən arada fasilə verib idmanla və musiqi ilə məşğul olmaq.

Beyin yorğunluğuna hansı qidalar faydalıdır?

Fındıq, cəviz, badam, çəyirdəkli quru üzüm, yaşıl tərəvəzlər, böyürtkən, balıq, üzüm suyu, alma, kəpəkli düyü, isti kakao, çay və qəhvə beyin yorğunluğuna müsbət təsir edir.

Ramiz Ələkbərov,
Biologiya üzrə fəlsəfə doktoru,
dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: