Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan bir qrup şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb.

NUHÇIXAN-ın məlumata görə, əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. Həmin sahədə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əlilliyi olanların xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçməyi də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilənlərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.

Yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün aparılan işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: