Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyul ayının 16-dan 20-dək Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetində “Ümumiləşmiş Morri tipli fəzalarda operatorlar və tətbiqləri”  adlı beynəlxalq elmi konfrans keçirilib. 13 müxtəlif ölkədən 32 elm adamının iştirak etdiyi bu tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun da 3 nəfər əməkdaşı -  professor Yaqub Məmmədov, dosent Sahib Əliyev və gənc tədqiqatçı-doktorant Vüqar Həmzəyev öz məruzələri ilə iştirak ediblər. İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb.

.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: