Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi davam etdirilir

A- A A+

Muxtar respublikada magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Bütün bu işlərin davamı kimi sonuncu layihə olan Culfa-Ordubad magistiral avtomobil yolunda isə işlər davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, yolda tikinti işlərinə ötən ilin mart ayından başlanılıb. Hazırda Culfa-Ordubad magistral avtomobil yolunun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.

Layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarət olacaq. Hazırda yolda yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrində torpaq işləri aparılır. Yolda 119 su keçidi, 6 körpü salınacaq.Yolun asfalt hissəsini yağış sularından qorumaq üçün 28 kilometr uzunluğunda su kanalı da tikiləcək.

Əlavə olaraq Culfa-Ordubad magistiral avtomobil yolunun kənarında Yaycı-Daşarx su kanalında da işlər davam etdirilir. Bu kanal Culfa rayonunun Yaycı kəndini suvarma suyu ilə təmin edəcək.

Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradacaq.

                                                      Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: