Naxçıvan şəhərində inşa olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxanada işlər keyfiyyətlə davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, hərbi xəstəxana, ümumilikdə, 4092 kvadratmetr ərazidə tikilir. Xəstəxana zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir və hər mərtəbədə 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada, ümumilikdə, 250-yə yaxın otaq olacaq.
398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya və elektrik xətlərinin çəkilişi başa çatıb. Xəstəxananın havalandırma sistemi quraşdırılıb, qapı və pəncərələr salınıb, istilik sistemi, su-kanalizasiya xətləri çəkilib.