Bəxtiyar Əsgərov Portuqaliyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Portuqaliya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri səlahiyyətlərini icra edən, Müvəqqəti İşlər Vəkili Dr.Jorge Da Fonseca ilə görüşüb. Səlahiyyət müddətinin başa çatması münasibətilə daimi nümayəndəliyə gəlmiş diplomatik missiya rəhbəri ilə görüşdə iki ölkə arasındakı əlaqələr, Naxçıvan Muxtar Respublikası ilə səmərəli iqtisadi münasibətlərin genişləndirilməsi, alternativ enerji layihələri, rəsmi səfərlər və qarşıda duran digər maraqlı məsələlər ətrafında müzakirə aparılıb.