Muxtar respublikada tütünçülüyün inkişafı diqqətdədir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzində muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinə öz təsərrüfatlarında yetişdirdikləri məhsula  görə ödəniş edilib.

Bu məqsədlə Tütün Yetişdirmə Mərkəzində muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri ilə görüş keçirilib. Keçirilən görüşdə mərkəzin icraçı direktoru Nurəddin Qəhrəmanov qeyd edib ki, hazırda muxtar respublikamızın Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təssərüfatları fəaliyyət göstərir. Tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları Kəngərli rayonundakı Tütün Yetişdirmə Mərkəzinə və Cəhri kəndindəki tütün qəbulu məntəqəsinə həm yaş, həmdə quru halda təhvil verirlər. Yaş tütünün hər kiloqramı 30-50 qəpiyə, quru tütün isə 1-3 manata alınır. Çıxışdan sonra tütünçülüklə məşğul olan 6 torpaq mülkiyyətçisinə yetişdirdikləri məhsula  görə ödəniş edilib.

Tütünçülük təsərrüfatlarından bu il ümumilikdə 350 tona yaxın yaş, 70-80 tona yaxın isə quru tütünün əldə olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu il 50 hektar sahədə tütün əkini aparılıb, 55 ton yaş tütün əldə olunub. Onlardan 10 tonu “İzmir Oriental”, 45 tonu isə “Virciniya” sortu tütünlərdir.  Artıq fermerlər aprel ayında əkdikləri tütünlərdə yarpaqların ilk qırım işlərini başa çatdırıblar.  Hazırda sahələrdə 2-ci qırım işləri həyata keçirilir.

Cəhri kəndində fermerlərin rahatçılığı üçün  tütün qəbulu məntəqəsi də yaradılır. Yetişdirilən tütünlər burada qurudulub,  qablaşdırılacaq. Artıq 15 tona yaxın tütün yığılaraq məntəqəyə təhvil verilib. Bu məntəqə yeni ipədüzmə avadanlığı ilə də təmin olunub.

 

                                                                                          Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: