Şərur Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik konfrans

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva müasir dövrün aktual yoluxucu xəstəliklərindən olan Hepatit B və C virus xəstəliklərinin müayinə, müalicə və profilaktikası mövzusunda çıxış edib. Bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının qərarı ilə iyulun 28-i bütün dünyada Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd olunur.

Sonra Mərkəzin həkimləri Abbas Əliyev “Hepatit B və C  xəstəliklərinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Tofiq Hacıyev “Hepatit B, C və D xəstəliklərinin müasir müayinə və müalicəsi, profilaktikası” mövzularında çıxış ediblər.

Çıxışlar video-süjet və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara 28 İyul Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş broşürlər paylanılıb.

 

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: