Culfa rayon prokurorluğunun əməkdaşları vətəndaşların qəbulunu həyata keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayon prokurorluğunda təsdiq olunan qrafikə əsasən Culfa rayon prokuroru, kiçik ədliyyə müşaviri Qalib İsmayılov və rayon  prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Elvin Hüseynov tərəfindən rayonun Teyvaz kənd icra nümayəndəliyin inzibati binasında vətəndaşların qəbulu həyata keçirilib.

Qəbul zamanı rayon prokurorluğunun əməkdaşları tərəfindən kənddə yaşayan 2 vətəndaşın müraciətləri dinlənilib  və onlarla yaxından tanış olunub. Qəbul zamanı müraciət edən şəxslərdən biri tərəfindən qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə müraciət etmə qaydası barədə müvafiq izahlar verilib. Digər vətəndaşın müraciəti isə öz həllini tapıb.

Qeyd edək ki, rayon prokurorluğunun əməkdaşları tərəfindən rayon ərazisinin müxtəlif yerlərində belə vətəndaş qəbullarının keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: