NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ekoloji monitorinqlər davam etdirilir. Növbəti monitorinq Şahbuz rayonunda aparılıb.
Ekoloji monitorinqlər rayonun Daylaqlı, Şada, Badamlı kəndlərində və Badamlı Qəsəbəsində aparılıb. Yaşayış məntəqələrində tullantıların idarə olunması, çay kənarlarının və kənd ərazisinin təmizliyi vəziyyəti araşdırılıb. Kəndlərdəki içməli su mənbələrindən və çaylardan nümunələr götürülərək analizlər aparılıb. Rayon ərazisindəki bərk məişət tullantıları poliqonuna da baxış keçirilib. Monitorinq yeni salınan yaşıllıq sahələrində davam etdirilib. Sahələrdə becərmə və suvarma tədbirlərinin vaxtında aparılması barədə tövsiyyələr verilib.
Novruz Məmmədov