Yengicə kəndində qədim tarixi abidə olan Şərq hamamı ziyarət olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” çərçivəsində Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri qədim tarixi abidələrdən biri olan Yengicə kəndindəki Şərq hamamını ziyarət ediblər.

Kollektivlərə on səkkizinci əsrdə tikilən hamam barədə ətraflı məlumat verilərkən bildirilib ki, Şərq hamamı iyirminci əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Baxımsızlıq səbəbindən dağılmaq vəziyyətində olan bu tarixi abidədə 2017-ci ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpa işlərinə başlanılıb və bu iş 2018-ci ilin sentybarında müvəfəqiyyətlə başa çatdırılıb.

Bildirilib ki, tarixi binada 7 sahə üzrə xidmət təşkil edilib. Burada 2 dərzi, qadın və kişi bərbəri, fotoqraf, papaqçı, çəkməçi və musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin olunub. Qədim tarixə malik olan bu abidə həm yerli, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla ziyarət olunur.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: