Yurdçu və Türkeş kəndlərində qapalı suvarma şəbəkəsi qurulur 

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Yurdçu kəndində 76 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi qurulur. Qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparılır. Artıq işlərin müəyyən hissəsi görülüb. Bu ilin may ayından başlanan işlər çərçivəsində texnikanın gücündən istifadə olunaraq tikinti işləri başa çatdırılıb, 72 supaylayıcı hovuz hazır vəziyyətə gətirilib, 4 supaylayıcı hovuzda işlər davam etdirilir. Tikinti işləri aparılan zaman ərazinin relyefi nəzərə alınması suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcək.

Yeni qurulan qapalı suvarma şəbəkəsi hesabına əkilməyən torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcək. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, Şahbuz rayonunun Türkeş kəndi ərazisində də 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.                                                

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: