Taksi fəaliyyəti göstərən sürücülərin muzeylərə ekskursiyası davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada taksi fəaliyyəti göstərən sürücüləri növbəti dəfə AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında olublar. Sürücülər bağda ayrı-ayrı flora nümunələri, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzi Nəbatat bağından, Mərdəkan Dendraris, Batumi Botanika bağından, Türkiyədən və digər  yerlərdən Nəbatat bağına yeni bitki növləri toplanılaraq gətirilir. Nümunələr gətirildikdən sonra Nəbatat bağında istixanalar və yaxud açıq şəraitdə əkilib becərilir və onlar üzərində elmi tədqiqat işləri aparılır. Bundan başqa bağda dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də görülür.

 

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: