NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan ekskursiyada 15-ə yaxın gənc Naxçıvantəpə yaşayış yerində olub, burada aparılan arxeoloji qazıntılarla maraqlanıblar.
Gənclərə Naxçıvantəpə yaşayış yeri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntılara 2017-ci ildən başlanılıb. Qazıntılar zamanı Neolit və Eneolit dövrlərinə həmçinin başqa dövrlərə aid keramika nümunələri, heyvan sümüklərinin qalıqları aşkar olunub.
Gənclərin diqqətinə çatdırılıb ki, hazırda eradan əvvəl 5-ci minilliyə aid təbəqənin tədqiqi davam etdirilir. Qədim yaşayış evlərinin içərisi təmizlənir, eyni zamanda onların formalarının bərpası üçün işlər aparılır.
Ərhan Novruzov