Ağbulağın budəfəki qonaqları gələcəyin zabitləri oldu

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ağbulaq istirahət mərkəzində "Yay məktəbi" davam edir. Mərkəzin budəfəki qonaqları Heydər Əliyev adına Hərbi Liseyin  kursantları olub.

Kursantlar  əvvəlcə onlara ayrılan otaqlara  yerləşdikdən sonra Ağbulaq İstirahət Mərkəzini gəzərək yaradılan şəraitlə tanış olublar. Mərkəzlə tanışlıqdan sonra nahar fasiləsinə yollanan qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub. Günün ikinci yarısında gənclər arasında stolüstü idman oyunları keçirilib. Ardınca çay süfrəsi təşkil edilib və istirahət xəmsə intellektual oyunu ilə davam edib. Şam yeməyindən sonra gələcəyin zabitləri aprel döyüşlərində şəhid olan hərbiçilərin həyatından bəhs edən  filmə baxıblar

“Yay məktəbinin” ikinci günü səhər gimnastikası və səhər yeməyinin ardınca gənclər Ağbulaq kəndini gəzib, həmçinin kəndin aşağı hissəsində yerləşən şəfa bulağına ekskursiya ediblər.

Hərtərəfli şəraitdən səmərəli yararlanan kursantlar istirahətlərini daha mənalı keçirmək üçün asudə vaxtlarda futbol oynayıb, müxətlif yarışlarda iştirak ediblər.

                                                                                     

                                                                             Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: