“Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici aksiyanın qalibləri müəyyənləşdi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici aksiyanın  on birinci tirajının qalibləri müəyyənləşib.

2019-cu il yanvarın 1-dən iyulun 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev bildirib ki,  bu ilin iyul ayının 1-dək muxtar respublikanın ticarət və iaşə obyektlərində 1276 ədəd POS-terminal quraşdırılıb. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 11-ci tirajında 398 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunur. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Mərkəzi Bankın birgə apardığı mütəmadi maarifləndirmə işlərinin nəticəsində 400 manatdan yuxarı həcmdə nağdsız ödəniş edən və POS-terminallardan daha çox istifadə edən şəxslərə üstünlük verilir.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli  diqqətə çatdırıb ki, muxtar respublika üzrə 2019-ci ilin ilk 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363  min 143  manata çatıb.

Sonra hədiyyə qazananların adları elan olunub, hədiyyələri təqdim edilib. Naxçıvan şəhəri üzrə hədiyyə qazanan şəxsləri təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində, müxtəlif təşkilatlarda çalışan texniki inzibati xidməti işçilər, eləcə də hüquq mühafizə orqanlarının və özəl sahələrdəki müxtəlif peşəyönümlü işçiləri əhatə edir.

Qeyd edək ki, Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında da nağdsız ödənişlərdə fəallıq göstərən vətəndaşlara hədiyyələrin təqdim olunması tədbirləri keçirilib.

                                                 

                                                                                       Aygün Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: