Muxtar respublikada 12 yeni heyvandarlıq təsərrüfatı yaradılıb - FOTOLAR
Ötən il Sahibkarlığa Kömək Fondunun maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında heyvandarlıq təsərrüfatına 1 milyon 750 min 300 manat məbləğində kredit verilib.
NUHÇIXAN xəbər verir ki, bu ilin yanvar-aprel aylarında isə 12 yeni heyvandarlıq təsərrüfatı yaradılıb və ya genişləndirilib. Babək rayonunun Nehrəm, Culfa rayonunun Bənəniyar və Milax kəndlərinin bir neçə sakini götürdükləri, ümumilikdə 80 min manatdan artıq krediti heyvandarlıq təsərrüfatına sərf ediblər. Yeni yaradılan və ya genişləndirilən heyvandarlıq təsərrüfatlarında yem bazasının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Əbülfəz Dünyamalıyev