Hərbi hissəyə 1,5 tona yaxın alma təhvil verildi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonundakı “N” saylı hərbi hissəyə 1,5 tona yaxın alma təhvil verilib.
Əsgərlərlə keçirilən görüşdə cəmiyyətin İnfrastruktur İdarəsinin rəisi Aslan Babayev və hərbi hissənin zabiti Qurban Behbudov muxtar respublikada orduya göstərilən hərtərəfli dövlət qayğısından danışıblar.
Sonra dəmiryolçular tərəfindən pay olaraq gətirilən alma şəxsi heyətə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl də dəmiryolçular tərəfindən Naxçıvan şəhərindəki “N” saylı hərbi hissəyə 1 tondan çox meyvə pay olaraq aparılıb.
Səxavət Məmmədov