NUHÇIXAN xəbər verir ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajının Babək, Culfa, Ordubad və Şahbuz rayonundan olan qaliblərinə hədiyyələr təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli qeyd ediblər ki, muxtar respublika üzrə 2019-cu ilin 6 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 20 milyon 363 min 143 manata çatdırılıb. Bu, da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 235 min 433 manat çoxdur.
Vurğulanıb ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 11-ci tirajında, ümumilikdə, 398 şəxsə 25 min manat dəyərində hədiyyələrin verilməsi nəzərdə tutulub.
Sonra hədiyyələr təqdim edilib. Babək rayonu üzrə 42, Culfa rayonundan 69, Orubad rayonundan 55, Şahbuz rayonundan isə 34 sakinə ümumilikdə 200 adda müxtəlif məişət əşyaları hədiyyə olunub.
Novruz Məmmədov